“Lill”in futbolçusu Leni Yoro gələcəyi ilə bağlı qərar verib.
Futbolpress.az xəbər verir ki, gənc müdafiəçi karyerasını “Real”da davam etdirmək istəyir. Bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Madrid klubu da Yoronun xidmətində maraqlıdır. Oyunçu ilə “Mançester Yunayted” və “Liverpul” da yaxından maraqlanır.
“Lill”in prezidenti Olivye Letanq Leninin komandadan ayrılmasına icazə verəcəklərini açıqlayıb.
18 yaşlı müdafiəçi bu mövsüm 44 oyunda 3 qol vurub.