Avropa nəhənglərinin hədəfinə tuş gəldi

“Lion”un hücumameyilli yarımmüdafiəçisi Rayan Çerki bir çox Avropa nəhənglərinin marağına səbəb olub.

Futbolpress.az xəbər verir ki, 21 yaşlı oyunçunun gedişi həm qış transfer dövründə, həm də mövsümün əvvəlində tez-tez müzakirə olunsa da, “Lion” yüksələn ulduzunu qoruyub saxladı.

“Transfer News Live”in hesabatına görə perspektivli fransız futbolçu ilə “Liverpul”, “Bavariya” və “Borussiya” (Dortmund) maraqlanır. Gələn il müqaviləsi başa çatacaq futbolçunun yay transfer pəncərəsində klubdan ayrılmaq ehtimalı böyükdür.

“Transfermarkt” Rayan Çerkini 30 milyon avro qiymətləndirir. Hücummeyilli yarımmüdafiəçi bu mövsüm 34 oyuna çıxıb, 8 qol vurub, 18 məhsuldar ötürmə edib.