Argentinalı futbolçu Erik Lamela “Sevilya”dan ayrılıb.
Futbolpress.az xəbər verir ki, 32 yaşlı vinger klubla müddəti bitən müqaviləsini uzatmayıb.
Lamela 2021-ci ilin yayından “Sevilya”da çıxış edirdi. O, 2023/24 mövsümündə La Liqada 13 oyunda 2 qol vurub.
Lamela Əndəlüs təmsilçisi ilə 2022/2023 mövsümündə Avropa Liqasını qazanıb.