Avropa Liqasını qazanan məşqçiyə yeni müqavilə təklif ediləcək

“Atalanta” baş məşqçisi Can Pyero Qasperinini komandada saxlamaq niyyətindədir.

Futbolpress.az xəbər verir ki, Berqamo təmsilçisi mütəxəssisə yeni müqavilə təklif edəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Atalanta” İtaliya A Seriyasında 37 turdan sonra 5-ci sıradadır. Komanda bir neçə gün öncə Avropa Liqasının qalibi olub.

Qasperininin indiki müqaviləsi 2025-ci ilin yayına kimidir.