“Bayer” və “Atalanta” finalda

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab qarşılaşmaları keçirilib.

Futbolpress.az xəbər verir ki, “Atalanta” “Marsel”i məğlub edərək adını finala yazdırıb.

Almaniyanın “Bayer” komandası azarkeşləri önündə “Roma” ilə heç-heçə edib və iki oyunun nəticəsinə görə finala yüksəlib.

Avropa Liqası
1/2 final

23:00. Atalanta – Marsel 3:0
Qollar: A.Lukman, 30, M.Rucceri, 52, Ture, 90+5
İlk oyun: 1:1

23:00. Bayer – Roma 2:2
Qollar: C.Mançini, 82 (avtoqol), Stanişiç, 90+7 – L.Paredes, 43 (pen.), 66 (pen.)
İlk oyun: 2:0