Avropa Liqası: “Qarabağ”ın rəqibləri məlum oldu

Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin püşkü atılır.

Futbolpress.az xəbər verir ki, mərasim saat 15:00-da başlayıb. Püşkatmada Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibləri məlum olub. “Atlılar” burada 3-cü səbətdə yer alıb.

“Qarabağ”ın artıq iki rəqibi məlumdur. Azərbaycan təmsilçisi “Tottenhem”, “Budyo Qlimt”, “Elfsborq” və “Olimpiakos”la səfərdə, “Ayaks”, “Malmö”, “Styaua” və “Lion”la isə Bakıda qarşılaşacaq.

“Qarabağ” Liqa mərhələsində öz səbəti daxil olmaqla, hər səbətdən iki komandaya rəqib olacaq. Komandalar ümumilikdə 8 oyun keçirəcək (4 ev, 4 səfər).

Yekunda 36 komanda arasında ilk 8 yeri tutanlar birbaşa 1/8 finala yüksələcək. 9-24-cü sıranı tutanlar isə pley-off oynayacaq.