Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinə start verilib.
Futbolpress.az xəbər verir ki, birinci oyun günündə 9 görüş baş tutub. Türkiyənin “Qalatasaray” klubu Yunanıstan PAOK-unu məğlub edib. “Mançester Yunayted” “Tvente” ilə heç-heçəyə razılaşıb, “Portu” isə “Bodo-Qlimt”ə uduzub.
Azərbaycan təmsilçisi “Qarabağ” birinci oyuna sabah çıxacaq. Qurban Qurbanovun yetirmələri “Tottenhem”lə qarşılaşacaq.
Avropa Liqası
Liqa mərhələsi, I tur
25 sentyabr
Alkmaar (Niderland) – Elfsborq (İsveç) 3:2
Qollar: R.Van Bommel, 44, 50, T.Perrot, 74 (pen.) – T.Uma, 23, S.Hedlun, 53
Bodo-Qlimt (Norveç) – Portu (Portuqaliya) 3:2
Qollar: K.Hoq, 15, J.Hauq, 40, 62 – S.Omorodion, 8, D.Gul, 90
Anderlext (Belçika) – Ferentsvaroş (Macarıstan) 2:1
Qollar: Y.Verşaren, 60, K.Dolberq, 66 (pen.) – A.Traore, 86
Dinamo (Kiyev, Ukrayna) – Latsio (İtaliya) 0:3
Qollar: B.Dia, 5, 35, Dele-Başiru, 34
Qalatasaray (Türkiyə) – PAOK (Yunanıstan) 3:1
Qollar: A.Baba, 48 (avtoqol), Y.Akgün, 76, M.İkardi, 90+5 – Q.Konstantelias, 67
Ludoqorets (Bolqarıstan) – Slaviya (Praqa, Çexiya) 0:2
Qollar: M.Yurasek, 37, M.Çtil, 65
Mançester Yunayted (İngiltərə) – Tvente (Niderland) 1:1
Qollar: K.Eriksen, 35 – S.Lammer, 68
Midtyulland (Danimarka) – Hoffenhaym (Almaniya) 1:1
Qollar: D.Osorio, 42 – M.Morstedt, 90
Nitsa (Fransa) – Real Sosyedad (İspaniya) 1:1
Qollar: P.Rosario, 45 – A.Barrenetxea, 18