Avropa Liqasında ingilis finalı

Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, İspaniyanın “Atletik” komandası səfərdə “Mançester Yunayted”lə üz-üzə gəlib. İngiltərə klubu 4:1 hesablı qələbə qazanaraq, adını finala yazdırıb.

Dİgər finalçı da İngiltərə təmsilçisi olub. “Tottenhem” “Bodo-Qlimt”i səfərdə 2:0 hesabıyla məğlub etməklə həlledici görüşə vəsiqə qazanıb.

Avropa Liqası
Yarımfinal mərhələsi, cavab oyunları

8 may

Mançester Yunayted – Atletik 4:1
Qollar: M.Maunt, 72, 90+1, Kazemiro, 80, R.Hoylund, 85 – M.Yaregisar, 31
İlk oyun 3:0

Bodo-Qlimt – Tottenhem 0:2
Qollar: D.Solanke, 63, P.Porro, 70