Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları keçirilib.
Futbolpress.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Zirə” Moldovada “Şerif”i məğlub edib.
İsveçin “Elfsborq” komandası Kipr “Pafos”una qalib gəlib. Bu cütün qalibi II təsnifatda “Şerif” – “Zirə” duelinin güclüsü ilə qarşılaşacaq.
Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
Elfsborq (İsveç) – Pafos (Kipr) 3:0
Pakş (Macarıstan) – Hunedoara (Rumıniya) 0:4
Rujomberk (Slovakiya) – Tobol (Qazaxıstan)
Şerif (Moldova) – Zirə (AZƏRBAYCAN) 0:1
Botev (Bolqarıstan) – Maribor (Sloveniya) 2:1
Visla (Polşa) – Llapi (Kosovo) 2:0.