Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına start verilib.
Futbolpress.az xəbər verir ki, birinci oyun günündə iki matç baş tutub.
Litvanın “Paneveys” komandası azarkeşləri önündə İsrail təmsilçisi “Makkabi”yə (Təl-Əviv) uduzub.
Günün digər matçında isə Moldova “Petrokub”u doğma arenasında Uelsin TNS komandasını məğlub edib. Bu cütün qalibi pley-ofda Çempionlar Liqasında üz-üzə gələn “Qarabağ” – “Ludoqorets” cütünün məğlubu ilə qarşılaşacaq.
Təsnifatın digər görüşləri avqustun 8-də olacaq.
UEFA Avropa Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
6 avqust
20:30 Paneveys (Latviya) – Makkabi (Təl-Əviv, İsrail) 1:2
Qollar: S.Qissas, 70 – D.Perets, 3, D.Turgeman, 10
21:00 Petrokub (Moldova) – TNS (Uels) 1:0
Qol: D.Deyvis, 20 (avtoqol)