Avropa Kuboku: millilər yarımfinala yüksəldi

Kosovonun paytaxtı Priştina şəhərində 3×3 basketbol üzrə Avropa Kubokunun təsnifat mərhələsində ikinci oyun gününün görüşləri davam edir.
Futbolpress.az xəbər verir ki, sonuncu qrup oyununu keçirmiş kişilərdən ibarət 3×3 millimiz, Albaniya yığması ilə qarşılaşıb və rəqibinə 21-13 hesabı ilə qalib gəlib.
“B” qrupunda bütün oyunlarını qalib tamamlamış millimiz, adını yarımfinala yazdırmağı bacarıb. Yığmamımızın yarimfinal oyunu Bakı vaxtı ilə saat 21:15-də baş tutacaq.
Qadınlar arasında keçirilən 3×3 basketbol üzrə Avropa Kubokunun təsnifat mərhələsində ikinci oyun gününün görüşləri də davam edir. “A” qrupunda sonuncu oyununu keçirmiş qadın millimiz, Lüksemburq üzərində 21-8 hesablı qələbə qazanaraq, qrup lideri kimi yarımfinala vəsiqə qazanıb. Qızlarımızın yarımfinal oyunu Bakı vaxtı ilə saat 19:50-də baş tutacaq.