Avropa Kuboku: milli İspaniyaya uduzdu

3×3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa Kubokunun ilk qrup oyununda İspaniya yığması ilə qarşılaşıb.

Futbolpress.az xəbər verir ki, milli matçda 12:20 hesabıyla uduzub.

Yığmamız qrupda sonuncu oyununu bu axşam Bakı vaxtı ilə saat 19:15-də Avstriya seçməsinə qarşı keçirəcək.