Avropa Kuboku: Azərbaycan gimnastları final mərhələsinə yüksəldi

Bakıda gimnastika üzrə Avropa Kuboku keçirilir.
Futbolpress.az xəbər verir ki, yarışın 2-ci günündə bədii gimnastikası üzrə böyüklərdən ibarət milli komandamızın üzvləri Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətova 5 halqa, 3 lent və 2 top proqramlarında final mərhələsinə vəsiqə qazanıblar.