Avropa çempionu “Mançester Siti”nin “radarında”

“Mançester Siti” “Leypsiq”in və İspaniya millisinin futbolçusu Dani Olmonu transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə “Sky” nəşri məlumat yayıb. “Şəhərlilər” ispan yarımmüdafiəçinin 60 milyon avroluq sərbəstqalma məbləğini ödəməklə onu heyətinə qatmağı planlaşdırır.

Olmo ilə “Barselona” və “Çelsi” də yaxından maraqlanır.

İspaniya yığması ilə Avro-2024-ün qalibi olan futbolçu ötən mövsüm “Leypsiq”də 25 oyunda 8 qol vurub, 5 məhsuldar ötürmə edib.