Avropa çempionu: “Böyüklər arasında uğur qazanmaq istəyirəm”

Azərbaycanlı güləşçisi Qurban Qurbanov (82 kq) Bakıda keçirilən yunan-Roma güləşi üzrə U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Futbolpress.az xəbər verir ki, o, çempionluq hisslərini jurnalistlərlə bölüşüb:

“Bundan əvvəl daha aşağı çəkidə mübarizə aparırdım. Bu da çətinlik yaradır. Bir az vaxt lazımdır. Bu çəkidəki rəqiblər fərqlidir. Sən də dəyişməyə məcbursan. Onların bir çoxu illərdir burada mübarizə aparır. Onu məğlub etmək daha çətindir. Hisslər keçicidir. Növbəti yarışlara hazırlaşmaq lazımdır. Daha böyük arenalar üçün güləşməliyəm. Böyüklər arasında uğur qazanmaq istəyirəm. Vaxt ötür. Məşqçilərə inanıram. Şəxsi məşqçim Murad Hüseynli olmaqla hər birinə təşəkkür edirəm. Rəqib bir az əsəbi idi. Bu, normaldır. Bunu şişirtmək lazım deyil. Rəqib kobudluq etdi, hakimlər də anında reaksiya verdi”.

Məlik Məlikov