9-12 may tarixlərində Serbiyanın Novi Sad şəhərində sambo üzrə böyüklər, gənclər və yeniyetmələr arasında Avropa çempionatı və birincilikləri keçiriləcək.
Futbolpress.az xəbər verir ki, qitə çempionatında Azərbaycanı 3 yaş qrupu üzrə ümumilikdə 22 samboçu və 2 məşqçi təmsil edəcək.
Samboçuların 7-si böyüklər, 7-si gənclər və 8-i yeniyetmələr kateqoriyasında mübarizə aparacaq.
Böyüklər: Nicat Məmmədli (58 kq), Elvin Bağırov (64 kq), Hacalı Qasımov (71 kq), Adil Adilzadə (79 kq), Ağani Məmmədov (88 kq), Rəsul Aydəmirov (98 kq), Sabir İsayev (+98 kq);
Gənclər: Murad Fətullayev (58 kq), Nicat Rəhimov (64 kq), Xudabaxış Əliyev (71 kq), Pünhan Göyüşov (79 kq), Sadiq Zeynallı (88 kq), Şahin Əsədov (98 kq), Orxan Məcidli (+98 kq);
Yeniyetmələr: İsmayıl Əlipənahov (53 kq), Ziyəddin Zeynallı (58 kq), Nicat Süleymanlı (64 kq), Mikayıl Əmirov (71 kq), Roman Qarayev (79 kq), Əli Əliyev (88 kq), Ramal Cavadov (98 kq), Hacbaba İmaməliyev (+98 kq).