Avropa çempionatı: milli üçün yarımfinal şansı

Minifutbol üzrə Azərbaycan milli komandası bu gün Avropa çempionatının 1/4 final mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.

Futbolpress.az xəbər verir ki, Elşad Quliyevin komandası Qazaxıstanla qarşılaşacaq.

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək qarşılaşma 19:00-da start götürəcək.

Millimiz 1/8 finalda Bolqarıstanı 3:1 hesabı ilə məğlub etmişdi.