“Avropa çempionatı dünya çempionatından daha çətindir”

Fransa millisinin futbolçusu Kilian Mbappe Avro-2024 haqda fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, forvard Avropa çempionatının dünya çempionatından daha çətin olduğunu deyib:

“Qarşıda bizi çətin vaxt gözləyir. 24 ildir, çempion ola bilmirik.  Özümüzə əlavə təzyiq vermirim. Avropa çempionatı dünya çempionatından daha çətindir. Qrup mərhələsinin oyunları da ağır olur və hər komanda fərqli istək göstərir. Hazırlıqlarımız davam edir və yaxşı start üçün çalışırıq”.

Fransa yığması Avro-2024-də Niderland, Polşa və Avstriya ilə bir qrupda mübarizə aparacaq. Almaniyanın ev sahibliyi edəcəyi turnir 14 iyun – 14 iyul tarixlərində keçiriləcək.