Avropa çempionatı: Azərbaycanın iki güləşçisi yarımfinalda

Bakıda keçirilən U-23 Avropa çempionatı davam edir.

Futbolpress.az xəbər verir ki, bu gün mübarizəyə sərbəst güləşçilər qoşulub.

Elman Ağayev ( 57 kq), Musa Ağavev (65 kq), 1/4 finalda, Rəvan Musayev (97 kq) 1/8 finalda mübarizəni dayandırıb. 

Millinin iki üzvü isə mübarizəsinə davam edir. Belə ki, 70 kq. çəki dərəcəsində mübarizə aparan Kənan Heybətov final yolunda Mikita Demçanka (AİN) ilə qarşılaşacaq.

Ali Tsokayev (79 kq) isə yarımfinalda Marius Retko (Rumıniya) ilə güləşəcək.