Avropa çempionatı: Azərbaycanın 2 güləşçisi finalda

Bakıda keçirilən U-23 Avropa çempionatı davam edir.

Futbolpress.az xəbər verir ki, bu gün mübarizəyə sərbəst güləşçilər qoşulub.

Elman Ağayev ( 57 kq), Musa Ağavev (65 kq), 1/4 finalda, Rəvan Musayev (97 kq) 1/8 finalda mübarizəni dayandırıb. 

Millinin iki üzvü isə mübarizəsinə davam edir. Belə ki, 70 kq. çəki dərəcəsində mübarizə aparan Kənan Heybətov final yolunda Mikita Demçankanı (AİN) (11:0) məğlub edib.

Ali Tsokayev (79 kq) isə yarımfinalda Marius Retko (Rumıniya) ilə güləşib. Azərbaycanlı pəhləvan rəqibini tam üstünlüklə (10:0) məğlub edərək finala vəsiqə qazanıb.