Avropa çempionatı: Azərbaycan qrup lideri oldu

Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatının qrup mərhələsində son oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, Elşad Quliyevin yetirmələri Fransa ilə üz-üzə gəliblər.

Qarşılaşma yığmamızın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra millimiz F qrupunda 9 xalla lider olub.

Daha əvvəl Azərbaycan Belçikanı 3:0, İtaliyanı isə 2:1 hesabı ilə məğlub edib.