Avropa çempionatı: Azərbaycanın 3 güləşçisi yarımfinalda

Bakıda güləş üzrə U-23 Avropa çempionatı start götürüb.

Futbolpress.az xəbər verir ki, ilk gündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Mübarizəyə qoşulan 5 güləşçidən 3-ü yarımfinala çıxmağı bacarıb.

1/2 final 
55 kq
Rəşad Məmmədov – Giorgi Toxadze (Gürcüstan)

63 kq
Ziya Babaşov – Abere Fetene (İsrail) 

77 kq
Xasay Həsənli – Aleksandrin Qutu (Rumıniya)

Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130) isə turniri medalsız başa vurub.