“Mançester Yunayted” Avropa Liqasının 1/4 final mərhələsində “Lion”u məğlub edib.
Futbolpress.az xəbər verir ki, əsas vaxtı 2:2 hesabıyla bitən görüşün qalibi əlavə vaxtlarda məlum olub. “Qırmızı şeytanlar” 5:4 hesabıyla qalib gələrək, yarımfinala adlayıb.
“Mançester Yunayted” bu mövsüm turnirdə məğlub olmayan yeganə komandadır. İngiltərə təmsilçisi 12 oyunda 7 qələbə qazanıb, 5 heç-heçə edib.
“Mançester Yunayted” yarımfinalda “Atletik”lə üz-üzə gələcək.