“Mançester Yunayted” Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Lion”u məğlub edib (5:4, ilk oyun 2:2).
Futbolpress.az xəbər verir ki, görüşün əsas vaxtı 2:2 hesablı bərabərliklə başa çatdığı üçün əlavə vaxta ehtiyac olub. Uzatmalarda geri düşən “qırmızı şeytanlar” 120-ci dəqiqədə iki qol vuraraq, qalib olub.
“Mançester Yunayted” avrokuboklarda 120-ci dəqiqədə iki qol vurmağı bacaran ilk komanda olub. Qolları Kobbi Maino və Harri Maquayr vurub.
“Mançester Yunayted” yarımfinalda “Atletik”lə qarşılaşacaq.