Avrokubok oyunları iki telekanalda yayımlanacaq

Avrokuboklarda 2024/25 mövsümünün oyunları Azərbaycanda “CBC Sport” telekanalı ilə yanaşı, “İctimai” TV-də də yayımlanacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə İTV-nin mətbuat xidməti məlumat yayıb.

Yeni formatda keçiriləcək Çempionlar, Avropa və Konfrans Liqasında 2024/2025 mövsümünün oyunları həm “CBC Sport”da, həm də İTV-də yayımlanacaq.

“Qarabağ” bu mövsüm Avropa Liqasında Liqa mərhələsində yarışacaq. Avrokubok oyunlarına sentyabrın 17-də start veriləcək.