Avro-2026: millinin rəqibləri bilindi

Bu gün final mərhələsi Riqa və Kaunasda (Latviya və Litvada) keçiriləcək futzal üzrə Avro-2026-nın əsas mərhələsinin püşkü atılıb.

Futbolpress.az xəbər verir ki,  əvvəlcədən də xəbər verdiyimiz kimi, 40 komanda hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünüb. Millimiz 5-ci qrupda yer alıb, Xorvatiya, İsveç və Yunanıstanla qarşılaşacaq. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri birbaşa, ən yaxşı göstəriciyə malik 8 qrup ikincisi isə pley-off (ev-səfər) oyunlarında üz-üzə gələcək. İki oyunun yekununda üstün olan tərəf həlledici mərhələdə oynamaq hüququ əldə edəcək. Final mərhələsində bu iştirakçılara meydan sahibləri – Latviya və Litva da qoşulacaq və 16 milli Avropa çempionu olmaq uğrunda mübarizəyə başlayacaq. Püşkatma mərasimində ölkəmizi futzal üzrə A milli komandanın meneceri Fərrux Hüseynzadə təmsil edib.

Bu gün final mərhələsi Riqa və Kaunasda (Latviya və Litvada) keçiriləcək AVRO-2026-nın əsas mərhələsinin püşkü atılıb. Əvvəlcədən də xəbər verdiyimiz kimi, 40 komanda hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünüb. Millimiz 5-ci qrupda yer alıb, Xorvatiya, İsveç və Yunanıstanla qarşılaşacaq.

Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri birbaşa, ən yaxşı göstəriciyə malik 8 qrup ikincisi isə pley-off (ev-səfər) oyunlarında üz-üzə gələcək. İki oyunun yekununda üstün olan tərəf həlledici mərhələdə oynamaq hüququ əldə edəcək. Final mərhələsində bu iştirakçılara meydan sahibləri – Latviya və Litva da qoşulacaq və 16 milli Avropa çempionu olmaq uğrunda mübarizəyə başlayacaq.

Püşkatma mərasimində ölkəmizi futzal üzrə A milli komandanın meneceri Fərrux Hüseynzadə təmsil edib.

Qeyd: UEFA İcraiyyə Komitəsinin qərarı ilə bu komandalar eyni qrupda yer ala bilməzlər:

Belarus və Ukrayna, Kosovo və Bosniya və Herseqovina, Kosovo və Serbiya

Avro-2026-nın oyun günləri:

Əsas mərhələ: 9-18 dekabr 2024, 27 yanvar – 5 fevral 2025, 3-12 mart 2025, 7-16 aprel 2025.

Pley-off / püşkatma: 15 may 2025

Pley-off / oyunlar: 15-24 sentyabr 2025

Final mərhələsi (Latviya və Litva): 18 yanvar – 8 fevral 2026