Avro-2024-ün gümüş medalçısı klubunu dəyişə bilər

“Nyukasl”ın və İngiltərə millisinin futbolçusu Kiran Trippye klubunu dəyişə bilər.

Futbolpress.az xəbər verir ki, “Vest Hem” 33 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Tərəflər arasında yaxın zamanda danışıqların başlayacağı gözlənilir.

Trippye İngiltərə millisi ilə Avro-2024-ün gümüş medalını qazanıb.