AVRO-2024-ün baş məşqçiləri – yaşlı və cavanlar

Dünən Azərbaycan millisinin baş məşqçisinin adı açıqlandı. Belə ki, milli komandamıza Fernandu Santuş başçılıq edəcək. 2016-cı ildə Portuqaliya ilə Avropa çempionu olan 69 yaşlı mütəxəssisin təyinatı birmənalı qarşılanmadı. Mütəxəssisin yaşının çox olduğunu, onun yığmada effekt verə bilməyəcəyi qeyd edilən fikirlər arasında idi.

Avropa çempionatına da sayılı günlərin qaldığını nəzərə alaraq “FutbolPress” qitə yarışında iştirak edən millilərə rəhbərlik edən baş məşqçilərin yaşlarını təqdim edir.

Avropa çempionatında iştirak edəcək ən yaxşı baş məşqçi Avstriyanın çalışdırıcısı Ralf Ranqnikdir. Onun 66 yaşı var. Almaniya yığmasının çalışdırıcısı Yulian Nagelsmann isə turnirin ən cavan baş məşqçisidir – 37.

Məşqçilərin ümumi yaş ortalaması isə 53.5-dir.

A qrupu: Almaniya – Yulian Nagelsmann 37. Şotlandiya – Stiv Klark 63. İsveçrə – Murat Yakın, 50. Macarıstan – Marko Rossi, 59. A qrupunun yaş ortalaması – 52.25.

B qrupu: İtaliya – Vinçenzo Montella, 50. Xorvatiya – Zlatko Daliç, 57. İspaniya – Luis de la Fuente, 63. Albaniya – Silvinyo, 50. B qrupunun yaş ortalaması – 55.

C qrupu: Slovenya – Matyaj Kek, 63. Danimarka – Kasper Yulman, 52. İngiltərə – Qaret Sautqeyd, 54. Serbiya – Draqan Stoykoviç, 59. C qrupunun yaş ortalaması 57.

D qrupu: Polşa – Mixal Probierz, 52. Avstriya – Ralf Ranqnik, 66. Fransa – Didye Deşam, 56. Niderland – Ronald Kuman, 61. D qrupunun yaş ortalaması 58.75.

E qrupu: Rumıniya – Edvard İordanesku, 45. Belçika – Domeniko Tedesko, 38. Slovakiya – Françesko Kaltsona, 55. Ukrayna – Andrey Pavelko, 50. E qrupunun yaş ortalaması – 47.

F qrupu: Çexiya – İvan Haşek, 60. Türkiyə – Vinçentso Montella, 49. Portuqaliya – Roberto Martines, 50. Gürcüstan – Villi Sanyol, 47. F qrupunun yaş ortalaması – 51.5