Avro-2024: üç ingilis azarkeş həbs olundu

İngiltərə millisi Avro-2024-ün qrup mərhələsinin II turunda bu gün Danimarka ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, görüşdən əvvəl üç ingiltərəli azarkeş həbs olunub. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Fanatlardan biri polisi təhqir etdiyinə, biri məşəl, digəri isə butulka atdığına görə saxlanılıb.

Görüş saat 20:00-da start götürəcək.