Türkiyəli hakim Halil Umut Meler Avro-2024-də növbəti oyuna təyinat alıb.
Futbolpress.az xəbər verir ki, referi İngiltərə ilə Slovakiya yığmaları arasında keçiriləcək 1/8 final görüşünü idarə edəcək.
Ona yan xətt hakimləri Mustafa Emre Eyisoy və Kerem Ersoy kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə sloveniyalı Rade Obrenoviç yerinə yetirəcək.
Matç iyunun 30-da keçiriləcək.
Halil Umut Meler daha əvvəl Polşa – Avstriya və Belçika – Slovakiya görüşlərini idarə edib.