Avro-2024: Belçika ilk qələbəsini qazandı

Bu gün Avro-2024-də qrup mərhələsinin ikinci turunun növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, əvvəlcə F qrupunun qarşılaşmaları oynanılıb. Gürcüstan Çexiya ilə heç-heçə edib. Portuqaliya isə Türkiyədən üstün olub.

E qrupunda isə birinci turda uduzan Belçika Rumıniyanı məğlub edərək ilk qələbəsini qazanıb.

Avro-2024
Qrup mərhələsi, II tur

22 iyun

F qrupu

17:00 Gürcüstan – Çexiya 1:1
Qollar: Mikautadze, 45+3 (pen.) – P.Şik,58

20:00 Türkiyə – Portuqaliya 0:3

Qol: Bernardo Silva, 21, Samet Akaydın, 28 (avtoqol), Bruno Fernandeş, 56

Xal durumu: Portuqaliya – 6, Türkiyə – 3, Çexiya – 1, Gürcüstan – 1

E qrupu

23:00 Belçika – Rumıniya 2:0
Qollar: Y.Tilemans, 2, K.D.Bruyne, 80

Xal durumu: Belçika – 3, Rumıniya – 3, Ukrayna – 3, Slovakiya – 3