Türkiyə millisi 1/4 finalda

Bu gün Avro-2024-də 1/8 final mərhələsinə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, Rumıniya yığması Niderlandla üz-üzə gəlib. Matç “narıncılar”ın qələbəsi ilə başa çatıb.

Türkiyə millisi isə Avstriyanı məğlub edərək 1/4 finala yüksəlib.

Avro-2024
1/8 final mərhələsi

20:00 Rumıniya – Niderland 0:3
Qollar: K.Qakpo, 20, D.Malen, 83, 90+3

23:00 Avstriya – Türkiyə 1:2

Qollar: M.Qreqoriş, 66 – M.Demiral, 2, 59