Bu gün Avropa çempionatında qrup mərhələsinin üçüncü turuna yekun vurulub.
Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
E qrupunda Slovakiya Rumıniya, Ukrayna isə Belçika ilə heç-heçə edib.
F qrupunda isə Türkiyə yığması Çexiyanı, Gürcüstan isə Portuqaliyanı məğlub edib.
Türkiyə, Portuqaliya və Gürcüstan 1/8 finala yüksəlib.
Qrup mərhələsi, III tur
E qrupu
20:00 Slovakiya – Rumıniya 1:1
Qollar: O.Duda, 24 – R.Marin, 37 (pen.)
20:00 Ukrayna – Belçika 0:0
Xal durumu: Rumıniya – 4, Belçika – 4, Slovakiya – 4, Ukrayna – 4.
F qrupu
23:00 Çexiya – Türkiyə 1:2
Qollar: T.Souçek, 66 – Çalhanoğlu, 51, C.Tosun, 90+4
23:00 Gürcüstan – Portuqaliya 2:0
Qol: Kvaratsxeliya, 2, Mikautadze, 54 (pen.)
Xal durumu: Portuqaliya – 6, Türkiyə – 3, Çexiya – 1, Gürcüstan – 1