İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Avro-2024-dəki şanslarını dəyərləndirib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis UEFA-nın saytına açıqlamasında bunları deyib:
“Artıq beş-altı ildir, sabit oyun nümayiş etdiririk. Hiss edirəm ki, nəticələrimizlə son beş ildə dünyanın ən yaxşı komandaları arasında düşmüşük. Son Avropa çempionatında gümüş medal qazandıq və artıq pley-off təcrübəmiz də var. Bu, bizə kömək olacaq. İndi isə bir addım daha irəli getməliyik”.
İngiltərə yığması Avro-2024-ün C qrupunda Serbiya, Sloveniya və Danimarka ilə mübarizə aparacaq.