Avro-2024: “Ronaldoya görə onlara azarkeşlik edəcəm”

Bu gün Avro-2024-ün final mərhələsinə start veriləcək.

“Neftçi”nin kapitanı Emin Mahmudov və “Sumqayıt”ın kapitanı Vüqar Mustafayev “FutbolPress“ə açıqlamasında turnirdən gözləntilərini bölüşdülər:

Emin Mahmudov: “Portuqaliyanı favorit görürəm. Kriştiano Ronaldoya görə onlara azarkeşlik edəcəm. Fransa və İngiltərə də favoritlər arasındadır”.

Vüqar Mustafayev: “Favorit İngiltərə və Fransadır. Düzdür, azarkeşliyi Türkiyəyə edəcəm. Ancaq favoritlərimi qeyd etdim. Ukrayna və Macarıstanı isə sürpriz edə biləcək komanda kimi görürəm”.