Avro-2024: günün son oyununda “sülh”

Bu gün Avro-2024-ün qrup mərhələsində II tura start verilib.

Futbolpress.az xəbər verir ki, A və B qrupunun qarşılaşmaları oynanılacaq.

B qrupunda Xorvatiya Albaniya ilə heç-heçə edib.

A qrupunda meydan sahibi Almaniya Macarıstana qalib gəlib və qrupdan çıxmağı təmin edib. İsveçrə isə Şotlandiya ilə “sülh”ə razılaşıb.

Avro-2024
Qrup mərhələsi, II tur

19 iyun

B qrupu

17:00 Xorvatiya – Albaniya 2:2
Qollar: A.Kramariç, 74, Qyasula, 76 (avtoqol) – Q.Laçi, 11, Qyasula, 90+6

Xal durumu: İspaniya – 3 (bir oyun az keçirib), İtaliya – 3 (bir oyun az keçirib), Xorvatiya – 1, Albaniya – 1.

A qrupu

20:00 Almaniya – Macarıstan 2:0
Qollar: C.Musiala, 22, Gündoğan, 65

23:00 Şotlandiya – İsveçrə 1:1
Qollar: F.Şar, 13 (avtoqol) – X.Şakiri, 26

Xal durumu: Almaniya – 6, İsveçrə – 4, Şotlandiya – 1, Macarıstan – 0