Polşa millisinin hücumçusu Robert Levandovski Avro-2024-ün ilk oyununu buraxacaq.
Futbolpress.az xəbər verir ki, forvard dünən Türkiyə millisi ilə görüşdə (2:1) zədə alıb. Oyuna davam edə bilməyən forvardın bərpası bir həftə çəkəcək.
Polşa yığması D qrupunda Niderland, Fransa və Avstriya ilə qarşılaşacaq. Millinin ilk oyunu iyunun 16-da Niderlanda qarşı olacaq.