Avro-2024 öncəsi yeni müqavilə imzaladı

“Leypsiq” futbolçusu Benyamin Şeşko ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, 21 yaşlı hücumçunun sözləşməsi 2029-cu ilin yayına kimi artırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sloveniya millisinin də üzvü olan oyunçu son mövsümdə 42 oyunda 18 qol vurub.

Şeşko yığmanın Avro-2024 üçün heyətinə daxil edilib. Sloveniyalılar turnirdə C qrupunda İngiltərə, Danimarka və Serbiya ilə mübarizə aparacaq.