Avro-2024 öncəsi baş məşqçi ilə müqavilə uzadıldı

Serbiya millisində baş məşqçi Draqan Stoykoviçlə müqavilə uzadılıb.

Futbolpress.az xəbər verir ki, 59 yaşlı mütəxəssisin sözləşməsi 2026-cı ilə kimi artırılıb. Bu barədə Serbiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Serbiya yığması Almaniyada keçiriləcək Avro-2024-də mübarizə aparacaq. Komanda C qrupunda Sloveniya, Danimarka və İngiltərə ilə yarışacaq. Turnir iyunun 14-dən iyulun 14-nə kimi davam edəcək.