Bellingemin qolu İngiltərəyə qələbə qazandırdı

Bu gün Avropa çempionatında C və D qrupunun oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, D qrupunda Niderland və Polşa yığmaları üz-üzə gəlib. Görüş “narıncılar”ın qələbəsiylə başa çatıb. Qrupun digər görüşü – Fransa – Avstriya matçı sabah olacaq.

C qrupunda isə Danimarka Sloveniya ilə heç-heçə edib. Qrupun digər görüşündə İngiltərə Serbiyanı məğlub edib.

Avro-2024
Qrup mərhələsi, I tur

D qrupu

17:00 Polşa – Niderland 1:2
Qollar: A.Buksa, 16 – K.Qakpo, 29, V.Veqorst, 83

Xal durumu: Niderland – 3, Fransa – 0 (oyun keçirməyib), Avstriya – 0 (oyun keçirməyib), Polşa – 0.

C qrupu

20:00 Sloveniya – Danimarka 1:1
Qollar: Yanza, 77 – Kristian Eriksen, 17

23:00 Serbiya – İngiltərə 0:1
Qol: Cud Bellingem, 13

Xal durumu: İngiltərə – 3, Sloveniya – 1, Danimarka – 1, Serbiya – 0.