Avro-2024: millinin məşqçisi Türkiyəyə azarkeşlik edəcək

Bu gün Avro-2024-ün final mərhələsinə start veriləcək.

Azərbaycan millisinin məşqçisi Arif Əsədov “FutbolPress“ə açıqlamasında turnirlə bağlı fikirlərini bölüşdü:

“Proqnoz vermək çətindir. Daha yaxşısını heç olmasa bir oyuna baxıb, demək olar. Özüm Türkiyəyə azarkeşlik edəcəm. Ancaq favoritlərim Fransa və Almaniya milliləridir”.

Almaniyanın ev sahibliyi edəcəyi turnir bu gün start götürəcək. İlk matçda almanlar Şotlandiya yığması ilə qarşılaşacaq. Görüşə saat 23:00-da start veriləcək.