Avropa çempionatının qrup mərhələsinin I turunda baş tutan İtaliya – Albaniya oyununun ən yaxşı futbolçusu açıqlanıb.
Futbolpress.az xəbər verir ki, bu, “azzuri”nin yarımmüdafiəçisi Federiko Kyezadır.
26 yaşlı oyunçu Albaniyanı 2:1 hesabıyla məğlub etdikləri görüşdə 4 uğurlu driblinq edib, 77 faiz dəqiq ötürmə ilə oynayıb.