Avro-2024: İngiltərə finalda

Bu gün Avro-2024-ün növbəti finalçısı bilinib.

Futbolpress.az xəbər verir ki, yarımfinalda İngiltərə və Niderland komandaları üz-üzə gəli . Dortmundda baş tutan görüşdə ingilislər son dəqiqə qolu ilə qalib gəlib.

İngiltərə finalda İspaniya ilə üz-üzə gələcək.

Avro-2024
Yarımfinal mərhələsi

23:00 Niderland – İngiltərə 1:2

Qollar: X.Simon, 7 – H. Keyn, 18, O.Vatkins, 90
Baş hakim: Feliks Zvayer (Almaniya)
“Signal İduna Park”, Dortmund