Avro-2024: iki oyuna ingilis hakimlər təyinat aldı

Avro-2024-ün 1/4 final mərhələsinin İspaniya – Almaniya və Portuqaliya – Fransa oyunlarının hakimləri açıqlanıb.

Futbolpress.az xəbər verir ki, İspaniya – Almaniya matçını ingiltərəli hakim Entoni Teylor idarə edəcək. Digər matçın baş hakimi isə ingilis Maykl Oliver olacaq.

Hər iki matç iyulun 5-də olacaq.