Almaniya millisi darmadağınla başladı

Bu gün futbol üzrə Avropa çempionatına start veriləcək.

Futbolpress.az xəbər verir ki, açılış oyununda Almaniya və Şotlandiya yığmaları üz-üzə gələcək. Münhendə “Allianz Arena”da baş tutacaq görüşə saat 23:00-da start veriləcək.

Turnirə Almaniya ev sahibliyi edir. “Panzerlər” A qrupunda Şotlandiya ilə yanaşı, İsveçrə və Macarıstanla mübarizə aparacaq.

Avropa Çempionatı
A qrupu

14 iyun

23:00 Almaniya – Şotlandiya 5:1
Qollar: Florian Virts, 10, Camal Musiala, 19, Kay Haverts, 45+1 (pen.), Niklas Fülkruq, 68, Emre Can, 90+3 – Antonio Rudiger, 87 (avtoqol)
Baş hakim: Kleman Turpen (Fransa)
“Allianz Arena”, Münhen.