Avro-2024: finalın ən yaxşısı bilindi

Avro-2024-də İspaniya və İngiltərə milli komandaları arasında baş tutan final görüşünün ən yaxşı futbolçusu açıqlanıb.

Futbolpress.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu, ispanların hücumçusu Niko Uilyamsdır. Vinger görüşdə komandasının birinci qolun vurub.

İspaniya İngiltərəni 2:1 hesabıyla məğlub edərək, çempion olub.