Avro-2024: final ona tapşırıldı

Avropa çempionatında İngiltərə və İspaniya arasında keçiriləcək final oyununa təyinatlar açıqlanıb.

Futbolpress.az xəbər verir ki, görüşün baş hakimi fransalı Fransua Leteksye olacaq. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Final matçı iyulun 14-də keçiriləcək və saat 23:00-da start götürəcək.