Avro-2024: favoritin qrupunda ikincilik mübarizəsi olacaq

Almaniyanın ev sahibliyi edəcəyi Avropa çempionatına üç gün vaxt qalıb. Artıq komandalar yekun heyətlərini açıqlayıb, turnirin hazırlıqlarına başlayıblar. Ötən yazımızda B qrupunun iştirakçılarından bəhs etmişdik. İndi C qrupunda yer alan komandalar və onların tarixi, Avropa çempionatlarındakı çıxışlarından diqqətçəkən məqamları təqdim edəcəyik.

C qrupunun iştirakçıları: Sloveniya, Danimarka, Serbiya, İngiltərə.

Sloveniya – FIFA reytinqi 57

Tarixində ikinci dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan sloveniyalılar qrupun “zəif bəndi”dir. Buna qədər sözügedən turnirdə 3 oyun keçirən komanda hələ qələbə qazana bilməyib. Heyətinə görə digər komandalardan geri qalan kollektivə Matyas Kek rəhbərlik edir. Mütəxəssis 2018-ci ildən yığmanın sükanı arxasındadır.

Sloveniya millisinin heyətinin dəyəri 141,55 milyon avrodur. Komandada Benjamen Sesko, Yan Oblak, Yaka Biyol kimi bazar dəyəri yüksək oyunçular var. Komanda qrupda digər rəqiblərdən səviyyəcə geri qalsa da, xüsusilə, Danimarka və Serbiyadan xal almaq potensialındadır.

Heyət:

Qapıçılar: Yan Oblak (“Atletiko”), Vid Beleç (APOEL, Kipr), İqor Vekiç (“Veyle”, Danimarka)

Müdafiəçilər: Zan Karniçkin (“Çelye”), Yur Balkoveç (“Alanyaspor”, Türkiyə), Miha Blajiç (“Lex”, Polşa), Yon Qorenç Stankoviç (“Şturm”, Avstriya), Yaka Biyol (“Udineze”, İtaliya), Erik Yansa (“Qurnik”, Polşa), Petar Stoyanoviç (“Sampdoriya”, İtaliya), Vanya Drkuşiç (“Soçi”, Rusiya), David Brekalo (“Orlando”, ABŞ)

Yarımmüdafiəçilər: Benjamin Verbiç (“Panatinaikos”, Yunanıstan), Sandi Lovriç (“Udineze”, İtaliya), Timi Elşnik (“Olimpiya”), Yasmin Kurtiç (“Sudtirol”, İtaliya), Tomi Horvat (“Şturm”, Avstriya), Adam Çerin (“Panatinaikos, Yunanıstan), Nino Zuqel (“Budyo-Qlimt”, Norveç), Adrian Zeykoviç (“Sparta”, Slovakiya), Yosip İliçiç (“Maribor”)

Hücumçular: Andraş Sporar (“Panatinaikos”, Yunanıstan), Benjamin Sesko (“Leypsiq”, Almaniya), Yan Mlakar (“Pisa”, İtaliya), Zan Vipotnik (“Bordu”, Fransa), Zan Klar (“Luqano”, İsveçrə).

Danimarka – FIFA reytinqi 21

Qrupun yeganə çempionu Danimarkadır. Tarixində 10-cu dəfə Avropa çempionatında yarışacaq komanda daha əvvəl – 1992-ci ildə İsveçdə təşkil olunan turnirin qalibi olub. Bu, ölkə tarixinin futboldakı beynəlxalq arenada ən böyük uğurudur. Komandanı danimarkalı mütəxəssis Kasper Hyumland çalışdırır. O, 2020-ci ilin avqustundan yığmaya rəhbərlik edir.

Danimarka millisinin heyətinin dəyəri 415 milyon avrodur. Komandada Rasmus Hoylun, Andreas Kristensen, Morten Hyumlan, Yoahim Andersen kimi bazar dəyəri yüksək oyunçular var. Ümumiyyətlə, danimarkalılar qrupda İngiltərədən sonra əsas favorit hesab edilir.

Heyət:

Qapıçılar: Kasper Şmeyxel (“Anderlext”, Belçika), Mads Hermansen (“Lester,” İngiltərə), Frederik Rönnov (“Union”, Almaniya)

Müdafiəçilər: Andreas Kristensen (“Barselona”, ​​İspaniya), Simon Kyaer (“Milan”, İtaliya), Yannik Vesterqor (“Lester”, İngiltərə), Viktor Nelsson (“Qalatasaray”, Türkiyə), Aleksander Ba (“Benfika”, Portuqaliya), Yoahim Mele (“Volfsburq”, Almaniya), Yoahim Andersen (“Kristal Pelas”, İngiltərə) Rasmus Kristensen (“Roma”, İtaliya), Viktor Kristensen (“Bolonya”, İtaliya)

Yarımmüdafiəçilər: Kristian Eriksen (“Mançester Yunayted”, İngiltərə), Tomas Dileyni, Anders Dreyer (hər ikisi “Anderlext”, Belçika), Morten Yulmann (“Sportinq”, Portuqaliya), Pyer-Emil Hoyberq (“Tottenhem”, İngiltərə), Kristian Norqor, Matias Yensen, Mikel Damsqor (hamısı “Brentford”, İngiltərə), Yakob Bruun Larsen (“Bernli”, İngiltərə), Andreas Skov Olsen (“Brügge”, Belçika)

Hücumçular: Kasper Dolberq (“Anderlext”, Belçika), Rasmus Hoylund (“Mançester Yunayted”, İngiltərə), Yonas Vind (“Volfsburq”, Almaniya), Yussuf Poulsen (“Leypsiq”, Almaniya).

Serbiya – FIFA reytinqi 33

Serbiya millisi bu ad altında dördüncü dəfə Avropa çempionatında iştirak edəcək. Komanda daha əvvəl Yuqoslaviya və Serbiya və Çernoqoriya kimi 10 dəfə turnirdə yarışıb. Serblər son illərdə yüksəlişdə olan kollektivlərdəndir. Komandaya Draqan Stoykoviç rəhbərlik edir. O, 2021-ci ilin martından yığmanın sükanı arxasındadır.

Serbiya yığmasının heyətinin dəyəri 313 milyon avrodur. Komanda bu göstəricidə qrupda İngiltərə və Danimarkadan sonra üçüncüdür. Heyətdə Sergey Milinkoviç-Saviç, Duşan Vlahoviç, Aleksandr Mitroviç kimi bazar dəyəri yüksək oyunçular var. Qrupun favoriti İngiltərə yığmasıdırsa, Danimarka və Serbiyanın isə ikinci yer uğrunda mübarizə aparacağı gözlənilir.

Heyət:

Qapıçılar: Vanya Milinkoviç-Saviç (“Torino”, İtaliya), Predraq Raykoviç (“Malyorka”, İspaniya), Corce Petroviç (“Çelsi”, İngiltərə)

Müdafiəçilər: Strahinya Pavloviç (“Zalsburq”, Avstriya), Nikola Milenkoviç (“Fiorentina”, İtaliya), Milo Velkoviç (“Verder”, Almaniya), Srcan Babiç (“Spartak”, Moskva, Rusiya), Uroş Spayiç (“Srvena Zvezda”), Nemanya Stoyiç (TSÇ)

Yarımmüdafiəçilər: Saşa Lukiç (“Fulhem”, İngiltərə), Nemanya Qudelj (“Sevilya”, İspaniya), Nemanya Maksimoviç (“Xetafe”, İspaniya), İvan İliç (“Torino”, İtaliya), Srcan Mihayloviç (“Srvena Zvezda”), Serqey Milinkoviç-Saviç (“Əl-Hilal”, Səudiyyə Ərəbistanı), Duşan Tadiç (“Fənərbağça”, Türkiyə), Lazar Samaryiç (“Udineze”, İtaliya), Velko Birmançeviç (“Sparta”, Çexiya), Filip Kostiç (“Yuventus”, İtaliya), Filip Mladenoviç (“Panatinaikos”, Yunanıstan), Andriya Jivkoviç (PAOK, Yunanıstan), Miyat Qacinoviç (AEK, Yunanıstan)

Hücumçular: Aleksandr Mitroviç (“Əl-Hilal”, Səudiyyə Ərəbistanı), Duşan Vlahoviç (“Yuventus”, İtaliya), Luka Yoviç (“Milan” , İtaliya ), Petr Ratkov (“Zaltsburq”, Avstriya).

İngiltərə – FIFA reytinqi 4

İngiltərə nəinki qrupun, turnirin favoritlərindən hesab edilir. “Şirlər” tarixində 11-ci dəfə turnirdə mübarizə aparacaq. Komanda sonuncu Avropa çempionatının gümüş medalçısıdır. Maraqlıdır, futbolun vətəni sayılan İngiltərədə hələ beynəlxalq arenada qızıl medal qazanılmayıb. Komandanın ən yaxşı göstəricisi məhz Avro-2020-də ikinci olmaqdır.

İngiltərə yığması heyətinin dəyərinə görə ən bahalı komandadır. Qaret Sautqeytin rəhbərlik etdiyi kollektivin “transfermarkt”da dəyəri 1,52 milyard avrodur. Komandada Cud Bellingem, Fil Foden, Bukayo Saka kimi ulduz futbolçular yer alır. Bellingem həm millinin, həm də turnirin ən dəyərli oyunçusudur.

İngiltərə qrupda aşkar favoritdir. Buna baxmayaraq, “ulduzlar toplusu” adlandıra biləcəyimiz kollektiv buna qədər Avropa çempionatlarında qızıl medal qazana bilməyib. Bu baxımdan komandanın bu il uğursuzluq sindromunu qıracağı gözlənilir. Bu yolda ilk maneə isə Serbiya, Danimarka və Sloveniya kollektivlərini üstələməkdir.

Heyət:

Qapıçılar: Din Henderson (“Kristal Pelas”), Cordan Pikford (“Everton”), Aron Remsdeyl (“Arsenal”).

Müdafiəçilər: Lyuis Dank (“Brayton”), Co Qomez (“Liverpul”), Mark Qei (“Kristal Pelas”), Ezri Konsa (“Aston Villa”), Lyuk Şou (“Mançester Yunayted”), Con Stounz (“Mançester Yunayted”), Kiran Trippyer (“Nyukasl”) , Kayl Uoker (“Mançester Siti”).

Yarımmüdafiəçilər: Trent Alexander-Arnold (“Liverpul”), Konor Qallaher (“Çelsi”), Kobbi Maynu (“Mançester Yunayted”), Deklan Rays (“Arsenal”), Adam Uorton (“Kristal Pelas”).

Hücumçular: Cud Bellinqem (“Real”, Madrid), Carrod Bouen (“Vest Hem”), Ebereçi Eze (“Kristal Palas”), Fil Foden (“Mançester Siti”), Entoni Qordon (“Nyukasl”), Harri Keyn (“Bavariya”), Koul Palmer (“Çelsi”), Bukayo Saka (“Arsenal”), Ayvan Toni (“Brentford”), Olli Uotkins (“Aston Villa”).

C qrupunun təqvimi:

16 iyun: Sloveniya – Danimarka, Serbiya – İngiltərə
20 iyun: Sloveniya – Serbiya, Danimarka – İngiltərə
25 iyun: İngiltərə – Sloveniya, Danimarka – Serbiya

Şahin Cəfərov