İngiltərə və Danimarka 1/8 finalda

Bu gün Avropa çempionatında qrup mərhələsinin növbəti oyunları baş tutub.

Futbolpress.az xəbər verir ki, əvvəlcə D qrupunun qarşılaşmaları oynanılıb. Fransa Polşa ilə heç-heçə edib, Avstriya isə Niderlanda qalib gəlib.

C qrupunda isə Danimarka Serbiya, İngiltərə isə Sloveniya ilə qolsuz bərabərə qalıb.

Günün yekununda Fransa, Avstriya, İngiltərə və Danimarka 1/8 finala vəsiqə qazanıb.

Avro-2024
Qrup mərhələsi, III tur

25 iyun

D qrupu

20:00 Fransa – Polşa 1:1
Qollar: K.Mbappe, 56 (pen.) – Levandovski, 79 (pen.)

20:00 Niderland – Avstriya 2:3
Qollar: K.Qakpo, 47, M.Depay, 75- D.Malen, 6 (avtoqol), R.Şmid, 59, M.Sabitser, 80

Xal durumu: Avstriya – 6, Fransa – 5, Niderland – 4, Polşa – 1

C qrupu

23:00 Danimarka – Serbiya 0:0

23:00 İngiltərə – Sloveniya 0:0

Xal durumu: İngiltərə – 5, Danimarka – 3, Sloveniya – 3, Serbiya -2