Avro-2024-də VAR-la bağlı qərar

Sabah Avro-2024 həyacanına start veriləcək.

Futbolpress.az xəbər verir ki, turnirin başlamasına bir gün qalıb və VAR-la bağlı yeni qərar açıqlanıb.

Belə ki, oyunlarda mübahisəli epizodların VAR-da müzakirəsi ekranlardan yayımlanacaq. Eyni zamanda, hakimlər qərarları ilə bağlı kapitanlara açqlama verəcək.

Almaniyanın ev sahibliyi edəcəyi turnir sabah start götürəcək. Açılış oyununda Almaniya ilə Şotlandiya yığmaları üz-üzə gələcək.